"Alimlər qarşısında mühüm vəzifələr qoyulub" - Akif Əlizadə
29 aprel 2016 11:32 (UTC +04:00)

"Alimlər qarşısında mühüm vəzifələr qoyulub" - Akif Əlizadə

 

 

 

 

“Respublikada elmi-tədqiqat müəssisələrinin sistemli təsnifatı, elmi və elmi-təşkilati fəaliyyətinin qiymətləndirilməsi Elmin İnkişafı üzrə Milli Strategiyada qarşıya qoyulan vacib vəzifələrdən biridir”.

 

Lent.az-ın məlumatına görə, bunu AMEA prezidenti, akademik Akif Əlizadə yığıncaqda məruzə ilə çıxışında qeyd edib.

 

A.Əlizadənin sözlərinə görə, AMEA-da elmi-analitik təhlillər aparmaq üçün müvafiq struktur dəyişikliyi edilib, bu sahədə işin səmərəli təşkili  nəticəsində elmi fəaliyyətin qiymətləndirilməsinin müasir dövrün standartlarına uyğun vahid meyar və prinsipləri işlənərək hazırlanıb.

 

Elmin təhsilin inteqrasiyası istiqamətində görülən işlərə də toxunan A. Əlizadə AMEA-da təhsilin inkişafı üçün qanunvericilikdə müvafiq dəyişikliklər edildiyini, bir sıra institutların nəzdində bəzi ali təhsil müəssisələrinin baza kafedralarının yaradıldığını, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumlarının imzalandığını xatırladıb.
 

Azərbaycan elmində müşahidə edilən müsbət tendensiyaların nüfuzlu beynəlxalq informasiya bazalarında konkret rəqəmlərlə təsdiq olunduğunu söyləyən AMEA prezidenti nüfuzlu SCOPUS elmi bazasının reytinq cədvəllərində son illər üzrə Azərbaycan elminin mövqeyinin xeyli yüksəldiyini qeyd edib: “Milli Strategiyada iki mühüm meyar əsas götürülüb. Bunlardan biri dünya elminin inkişafı tendensiyaları, digəri isə ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafından irəli gələn Azərbaycan elminin hədəfləridir”.

 

Prioritetlərin müəyyənləşdirilməsində ikinci əsas meyarın ölkənin sosial-mədəni inkişaf tələbatının olduğunu qeyd edən akademik Akif Əlizadə bunun alimlər qarşısında tədqiqatların ölkənin yeni iqtisadi modelinin hazırlanmasına, xüsusən qeyri-neft sektorunun inkişafına uyğun müəyyənləşdirilməsi və həyata keçirilməsi, sənayenin inkişafı prosesində elmin yaxından iştirakına nail olunması kimi mühüm vəzifələr qoyduğunu deyib.

 

“Milli Strategiyada elm və təhsilin vahid institut kimi inkişafı əsas hədəflərdəndir”, -deyən AMEA prezidenti magistratura təhsilinin təşkilinin bu istiqamətdə atılan mühüm addımlardan olduğunu vurğulayıb: “"İlk olaraq 9 ixtisas üzrə magistratura təhsili həyata keçirilib, növbəti təhsil ili üçün 63 nəəfrin magistraturaya qəbulu gözlənilir.  AMEA- da doktorluq təhsilinin və elmi-tədqiqatların modernləşdirilməsi ölkənin aparıcı  təhsil müəssisələrinin baza kafedralarının yaradılması, birgə kadr hazırlığı məqsədilə əməkdaşlıq əlaqələrinin qurulması və müxtəlif fənlər üzrə respublika olimpiadalarının keçirilməsi bu istiqamətdə fəaliyyətin bir hissəsidir”.

 

Alim ölkədə elektron Azərbaycanın tərkib hissəsi kimi elektron elmin formalaşması istiqamətində irəliləyişlər əldə edildiyini də diqqətə çatdırıb.

 

A,Əlizadə əlavə edib ki, strategiyada əksini tapan mühüm məsələlərdən bir elmin maddi-texniki bazasının gücləndirilməsidir və bu vəzifələrin öhdəsindən gəlmək üçün növbəti mərhələdə də Elmin İnkişafı üzrə Milli Strategiyanın qəbulu zəruridir.

 

 

Çıxışının sonunda gələcəkdə həyata keçiriləcək tədbirlərdən də danışan akademik bildirib ki, fundamental və tətbiqi tədqiqatların prioritetlərinin respublikanın mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirmək, Azərbaycan alimlərinin qəbul olunan dövlət proqramlarının icrasında yaxından iştirakını təmin etmək, elmimizi beynəlxalq elmi tələblərə uyğunlaşdırmaq və digər məsələlər qarşıda duran əsas hədəflərdəndir.: “ Əminəm ki, əvvəlki illərdə olduğu kimi, gələcəkdə də Azərbaycan alimləri dövlətin elmə olan diqqət və qayğısını, həmçinin potensialın müasir tələblər səviyyəsində səfərbər edilməsi nəticəsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklər".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218
avatar

Fərizə Əhmədova

Oxşar yazılar