
“Laçın” Ticarət Mərkəzinin həbsdə olan sahibindən YENİ XƏBƏR
Bakıda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sunay Vəliyev barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili məhkəməyə gəlməyib. Bu səbəbdən proses iyunun 27-dək təxirə düşüb.
Qeyd edək ki, hadisə bu il fevralın 9-da Bakının Xətai rayonu, Zığ yolu küçəsində baş verib. 1980-ci il təvəllüdlü S.Vəliyev idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq öldürüb. Daha sonra S.Vəliyev hadisə yerindən qaçıb. Faktla bağlı rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Xətai rayon Məhkəməsinin hökmü ilə S.Vəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin keçmiş sahibi Məsud Vəliyevin oğludur. M.Vəliyev 2015-ci ildə dünyasını dəyişib. M.Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir.
Oxşar yazılar

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır
22 aprel 2025 , 00:02
SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO
21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR
21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək
21 aprel 2025 , 18:38
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
21 aprel 2025 , 18:13Sabahın tibbi-meteoroloji PROQNOZU
21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?
21 aprel 2025 , 16:50