Nazirliyin Əsasnaməsində dəyişikliklər edildi
18 oktyabr 2016 19:06 (UTC +04:00)

Nazirliyin Əsasnaməsində dəyişikliklər edildi

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman verib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilib:

1. 9.9-cu yarımbəndə “atmosfer havasının” sözlərindən sonra “və yaşıllıqların” sözləri əlavə edilib.

2. Aşağıdakı məzmunda 10.70-1-ci yarımbənd əlavə edilib:

 

“10.70-1. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların toplanılmasını və bu məlumatların Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edir;”.

 

3. 10.83-cü yarımbəndə “meşələrin” sözündən sonra “və digər yaşıllıqların” sözləri əlavə edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 118
avatar

Oxşar yazılar