
® Mars Tech Limited şirkəti Microsoft-un təhsil üzrə səlahiyyətli reselleri oldu
Mars Tech-in üstünlüyü akademik müştərilərlə işləməkdir.
Mars Tech Limited şirkəti müasir biznes mühitində Microsoft akademik müştərilərin artan tələbatına cavab verdiyini sübut edərək, Microsoft-un təhsil üzrə reselleri (AER) olduğu barədə məlumat açıqlamışdır. Microsoft AER səlahiyyətlərini qazanmaq üçün partnyorlar akademik lisenziyalaşma və iş təcrübəsini sübut edən testlərdən keçməlidirlər.
Microsoft AER proqramı resellerlərə təlim keçmək, Microsoft akademik lisenziyaların alışı və satışına səlahiyyət vermək və potensial müştərilərə partnyorun akademik statusunu və biliklərini göstərmək məqsədilə yaradılıb.
Mars Tech müxtəlif ölçülü müştəri infrastrukturuna İT strategiyadan başlayaraq dizayn, inteqrasiya və davamlı dəstəyə qədər geniş texnoloji həllər təqdim edən şirkətdir. Təqdim etdiyi həllərlə şirkət, biznes proseslərində effektivliyi yüksəldir, texnoloji məsələləri həll edir və müştərilərin mövcud İT prosedurlarının keyfiyyətini artırır.
"Microsoft AER səlahiyyətlərini almaq Mars Tech-in akademik İT bazarında professionallığını və təcrübəsini göstərir, və Microsoft məhsulları üzrə biliklərimizi təsdiq edir", deyə şirkətin İcraçı Direktoru Orxan Əliyev bildirib. "Biz akademik müştərilərimizin texnoloji məsləhətçisi olaraq onların uğurlarını artıracağımıza ümid edirik."
"AER proqramına qoşulmaqla partnyorlar Microsoft akademik məhsullarını xüsusi qiymətlərlə təklif edə bilər və bunun yetərli təcrübə və biliyə malik olduqlarını nümayiş etdirilər", Entoni Salsito, Microsoft-un təhsil sistemi üzrə vitse-prezidenti qeyd etmişdir. "Bu səlahiyyətlər, akademik partnyorlar üçün atdığımız digər addımlarla yanaşı, onların professionallığını sübut edir. Beləlilə, müştərilərimiz məhsulları akademik İT mütəxəssislərindən aldıqlarından əmin ola bilərlər."
Microsoft AER proqramının məqsədi Microsoft platforması üzərindən akademik məhsullar və xidmətlər təklif edən şirkətlər üçün təlimlərin keçirilməsindən və müştərilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Qeyd edək ki, İT həllərə yönəlmiş şirkət olaraq, Mars Tech Limited öz missiyasını şirkətlər və texnologiya arasında əhəmiyyətli körpü qurmaqda görür, və təşkilatlara informasiya texnologiyalarına investisiya qoyuluşu üçün lazımi informasiyanın əldə edilməsində, biznes mühitinin öyrənilməsində, xərclərin hesablanmasında və texniki məsələlərin həllində kömək göstərir.
Ətraflı məlumat üçün:
Mars Tech Limited,
Xocalı pr. 37, Demirchi Tower 22-ci mərtəbə, Bakı, Azərbaycan
+994 12 598-8283; [email protected].
Oxşar yazılar
Sabah çimərliklərdə suyun temperaturu çox yüksək olacaq - PROQNOZ
2 avqust 2025 , 13:23
Sabah da 40 dərəcədən çox isti olacaq - hava PROQNOZU
2 avqust 2025 , 12:05
Yer üzündə gün qısaldı: ciddi nəticələr barədə XƏBƏRDARLIQ
2 avqust 2025 , 11:11
Bakıda hazırda 38 dərəcə isti var - FAKTİKİ HAVA
2 avqust 2025 , 11:02
Avqust bu BÜRCLƏRƏ sərvət və uğur gətirəcək: siyahıda kimlər var?
2 avqust 2025 , 09:09
Avqustda işdə şanslı olacaq BÜRCLƏR
2 avqust 2025 , 00:02
Sabah Bakıda çox əlverişsiz hava olacaq ki... - XƏBƏRDARLIQ
1 avqust 2025 , 19:07