TQDK-da iyunun 13-də növbəti buraxılış imtahanı keçirəcək
10 iyun 2014 14:50 (UTC +04:00)

TQDK-da iyunun 13-də növbəti buraxılış imtahanı keçirəcək

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də növbəti buraxılış imtahanları keçirəcək. TQDK-dan Lent.az-a verilən xəbərə görə, həmin gün respublikanın bir sıra şəhər və rayonlarının - Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavəndin orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək.


İyunun 3-dən etibarən imtahanlarda iştirak edəcək şagirdlər “imtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürürlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. 
 

İyunun 13-ü, saat 10.00-da 9-cu sinif şagirdləri, saat 15.00-da isə 11-ci sinif şagirdləri imtahan verəcəklər. 

Şagirdlərin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan olunacaq. 

Orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə təqdim etmiş 9-cu sinif şagirdlərinin orta ixtisas təhsili müəssisələrinə yerləşdirilməsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq.

 

Bununla əlaqədar qəbul qaydaları və qəbul elanı “Abituriyent” jurnalının 3-cü sayında dərc edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 945
avatar

Oxşar yazılar