“Paytaxtda bayram günlərində təcili yardıma müraciət edənlərin sayında artım olmayıb”. Bunu Lent.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, bayram günlərində təcili yardıma qida zəhərlənməsi ilə bağlı müraciət edilməyib: “Gün ərzində orta hesabla təcili tibbi yardıma 1700 müraciət daxil olur. Bayram günlərində də demək olar ki qeyd olunan rəqəmdə dəyişiklik qeydə alınmayıb”.
Z. Vahidovanın sözlərinə görə, təcili yardım martın 27-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: “Çünki həmin günə qədər poliklinikaların işləməməsi əhalinin tibbi yardıma müraciət etməsi ilə nəticələnir”.