İl ərzində Kliniki Tibbi Mərkəzə 70 min xəstə müraciət edib
13 oktyabr 2016 11:56 (UTC +04:00)

İl ərzində Kliniki Tibbi Mərkəzə 70 min xəstə müraciət edib

 

Bu gün Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin fəaliyyətinin 9 aylıq yekunlarına həsr olunmuş tədbir keçirilib.

 

Lent.az-ın məlumatına görə, KTM-in direktor əvəzi, professor Ədalət Dadaşov bildirib ki, il ərzində 60-70 min xəstə KTM-ə müraciət edib: “ Bu ilin yanvar-sentyabr ayları ərzində isə mərkəzdə 18 686 xəstə stasionar müalicə alıb”.

 

Ə.Dadaşov diqqətə çatdırıb ki, yanvar-sentyabr ayları ərzində 9829 xəstə mərkəzin terapevtik şöbələrində stasionar müalicə alıblar: “ 3 207 xəstə mama-ginekoloji şöbədə (1 813 nəfər doğum, 122 patologiya, 1 272 nəfər isə ginekologiya şöbəsinə) daxil olub. Bu müddət ərzində KTM-də 1 685 doğuş olub.

Bununla yanaşı, xəstəxanaya 3710 nəfər müxtəlif yoluxucu xəstəliklərlə bağlı müraciət edib. Eyni zamanda, doqquz ayda mərkəzin hemodializ şöbəsinə 196 xəstə daxil olub. 

 

Tədbirdə çıxış edən KTM-in direktor müavini Adil Salahov isə qeyd edib ki, bu ilin 9 ayı ərzində mərkəzin  cərrahi şöbələrinə cəmi 5 650 xəstə daxil olub: "2 062 xəstə böyüklər, 1 130 xəstə isə uşaq cərrahiyyəsi şöbəsinə qəbul edilib. Hesabat dövründə 3 580 xəstə cərrahi müdaxiləyə məruz qalıb, onlardan 1 719 əməliyyat böyüklərdə, 918 əməliyyat uşaqlar üzərində aparılıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Fərizə Əhmədova

Oxşar yazılar