9 ay ərzində dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi açıqlandı
17 oktyabr 2014 23:37 (UTC +04:00)

9 ay ərzində dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi açıqlandı

0

Azərbaycanda bu ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2680 fakt aşkar edilib.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, bu faktlardan 732-i satış, 1742-i saxlama, 194-ü əkin, 12-i digərləri ilə əlaqədar olub.

 

Aşkar edilmiş  faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 45 kq 455  qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 113 kq 846,49 qr həşiş (11%), 280 kq 055,702 qr heroin (27%), 210 kq 081,15 qr tiryək (20%), 414 kq 625,787  qr marixuana (40%), 24 kq 958,97 qr digərləri (3%), 2 kq 016,654 qr psixotrop maddə 0,1 qr prekusor  və 20 qr amfetamin təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 650

Oxşar yazılar