8 nəfər başqasının əvəzinə qəbul imtahanına girməyə cəhd edib - DİM
19 iyul 2018 11:41 (UTC +04:00)

8 nəfər başqasının əvəzinə qəbul imtahanına girməyə cəhd edib - DİM

İyulun 18-də ali məktəblərin I və IV ixtisas qruplarına keçirilən qəbul imtahanında 8 nəfər başqasının əvəzinə imtahana girməyə cəhd edib.

 

Bunu Lent.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib.

 

Onun sözlərinə görə, başqasının yerinə imtahana girmək istəyən şəxslər imtahan binasının giriş qapısında buraxılış rejimini həyata keçirən Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən aşkarlanıb.

 

Bu şəxslərlə bağlı müvafiq qurumlara məlumat veriləcəyini deyən DİM rəsmisi deyib ki, öz yerinə başqasını göndərən şəxslər yaz imtahanında iştirak ediblərsə, o nəticələri də ləğv olunacaq. Qaydalara görə, hər hansı bir qəbul imtahanında qaydaları pozan abituriyentlər müsabiqəyə buraxılmır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 320
avatar

Oxşar yazılar