2013-cü il təvəllüdlü Qafarov Səid İsmayıl Cəmşid oğlu 3 xəstəlikdən əziyyət çəkir. Lent.az-ın məlumatına görə, azyaşlıda qara və ağ ciyərlərin şişməsi (mukavitsoz), ürək çatışmazlığı və mədəaltı vəzin xəstəlikləri aşkarlanıb. Bu səbəbdən də 5 yaşlı uşaq 3 fərqli əməliyyat olunmalıdır. Onun birinci əməliyyatına 17 min manat lazımdır. Ailə artıq 11 min manatı özü toplaya bilib. Lakin 6 min manat çatışmır.
Səidin anası üzünü imkanlı şəxslərə və sosial şəbəkə istifadəçilərinə tutaraq oğluna yardım edilməsini xahiş edib: “Bunu yazan çarəsiz anadır. Hər kəs bir manat aksiyasına qoşulsun. Allaha xatir çarəsiz ailəmizin, gözü yaşlı ananın harayına hay verin”.
5 yaşlı Səid üçün bank hesabı açılıb. Milli Ön terminallarından hesaba pul köçürmək mümkündür.
BANK RESPUBLİKA: 380194404054764302
ŞƏXSİYYƏT VƏSİQƏSİNİNi NÖMRƏSİ: 15342047
Əlaqə nömrəsi: 055-894-82-55