Bakıda 76 yaşlı qadının mənzilində meyiti tapılıb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açmış və orada aşkarlanan 1942-ci il təvəllüdlü Peolojençevo Raisa İvanovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a daxil olana məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açaraq içəri daxil olub. Orada aşkarlanan 1969-cu il təvəllüdlü Zalatoyev Alek Viktorovicin cəsədini aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat başa çatıb.