5 809 nəfər qan verib: <span style="color:red;">RƏSMİ  - <span style="color:red;">YENİLƏNİB 2
10 sentyabr 2019 18:25 (UTC +04:00)

5 809 nəfər qan verib: RƏSMİ - YENİLƏNİB 2

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları davam edir.
 
Nazirlikdən Lent.az-a bildirilib ki, saat 18:00-a olan məlumata əsasən,  5 min 809 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 min 614 litr qan tədarük olunub.
 
***
 
16:40
 
Saat 16:30-a olan məlumata əsasən 5 min 719 nəfər könüllü olaraq qan verib.
 
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu şəxslərdən 2 min 573 litr qan tədarük olunub
 
***
 
15:05
 
Saat 15:00-a olan məlumata əsasən 5401 nəfər könüllü olaraq qan verib.
 
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu şəxslərdən 2430.5 litr qan tədarük olunub
 
***
 
12:19
 
Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.
 
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, saat 12:00-a olan məlumata görə, 3 510 nəfər könüllü qan verib. Bu şəxslərdən 1579.5 litr qan tədarük olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761

Oxşar yazılar