Bakı və Abşeron yarımadasında mayın 13-də hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi gecəyə doğru arabir güclənərək şimal-qərb küləyi ilə əvəz olunacaq. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturu gecə 15-20 , gündüz 27-32 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 13-də hava şəraiti gündüz əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimal olunur. Şərq küləyi qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 16-21, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.