2018-ci ildə Azərbaycanda viruslu hepatit diaqnozu ilə 307 nəfər qeydə alınıb.
Qeyd edək ki, dünyada olan 325 milyon hepatit xəstəsindən, sadəcə 25 milyonu xəstəliyi haqqında məlumatlıdır.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı açıqlama yayıb.
Məlumatda göstərilib ki, risk qrupunda olan insanlar vaxt itirmədən hepatit müayinəsindən keçməlidir: “Həm hepatit B, hem de hepatit C-yə qarşı çox inkişaf etmiş müalicə üsulları var. Hepatit qaraciyər xərçənginin və köçürülməsinin ən önəmli səbəblərindən biridir”.
Təşkilat hepatitin əlamətlərinin insanda nə üçün özünü gec göstərdiyini də açıqlayıb.
Qeyd olunub ki, xroniki hepatit B və C çox yavaş inkişaf edir. Buna görə insan bunu hiss etməyə bilir, xəstəlik ancaq müayinə zamanı ortaya çıxır.
Hepatit xəstəliyinə qarşı ən təsirli qorunma yolunun peyvənd olduğunu açıqlayan təşkilat yoluxma yollarının ən başında yoxlanılmamış qan köçürülməsi, qan məhsullarının istifadəsi, işlənmiş şprislərdən istifadə, bərbər bıçağı, diş fırçası kimi əşyaların ortaq istifadəsinin olduğunu bildirib. Bundan başqa xəstəlik doğum zamanı anadan uşağa keçə bilir.
Qeyd olunub ki, A və hepatit B peyvəndi olsa da, hepatit C virusuna qarşı hələ ki, peyvənd tapılmayıb.