25 dərəcə isti olacaq
16 oktyabr 2014 14:07 (UTC +04:00)

25 dərəcə isti olacaq

0

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində duman, zəif çiskin olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 14-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

 

 

Azərbaycanın rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1150

Oxşar yazılar