2534 nəfər sağlamlıq imkanı məhdud uşağa xidmət göstərilib
27 oktyabr 2014 10:55 (UTC +04:00)

2534 nəfər sağlamlıq imkanı məhdud uşağa xidmət göstərilib

0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı Uşaq Bərpa Mərkəzində 2 199 nəfər, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 250 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa stasionar və ambulator qaydada bərpa-müalicə xidməti göstərilib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, həmçinin qeyd olunan müddətdə 85 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq (valideynləri ilə birlikdə) Latviya Respublikasına bərpa-müalicəsinə göndərilib. Beləliklə, bu ilin ötən dövründə ölkəmizdə ƏƏSMN tərəfindən ümumilikdə 2534 nəfər uşaq bərpa-müalicə xidməti ilə təmin edilib.

Qeyd edək ki, Bakı və Naxçıvan şəhərlərindəki uşaq bərpa mərkəzlərində stasionar şəraitdə bərpa-müalicə prosedurlarına cəlb olunan 1022 nəfər uşaqdan artıq 977 nəfəri evə yazılıb. Onların 66-ı tam reabilitasiya olunub, digərlərinin səhhətində yaxşılaşma əlamətləri qeydə alınıb. Adıgedən bərpa mərkəzlərində sağlamlıq imkanları məhdud uşaqlar bərpa-müalicə prosedurları ilə təmin edilməklə yanaşı, onların sosial statuslarının bərpası, şəxsiyyətinin korreksiyası, əmək terapiyası məqsədi ilə kompleks işlər aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 479

Oxşar yazılar