Prezident yanında Elmin İnkişafı Fondu gənc alim və mütəxəssislər üçün keçirdiyi 2-ci qrant müsabiqəsinin nəticələrini açıqlayıb. Fondun icraçı direksiyasından Lent. az-a verilən xəbərə görə, Gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsi 2011-ci il 10 noyabr tarixində elan edilib, nəticələr isə 2012-ci il 20 mart tarixində açıqlanıb. Bu müsabiqә çәrçivәsində ümumi maliyyələşdirilmə həcmi 496000 manat olmaqla 25 layihə qalib gəlib.
Gәnc alim vә mütәxәsislәrin 1-ci qrant müsabiqәsinin uğurları nәzәrә alınmaqla növbəti 2-ci müsabiqə 2013-cü il 2 fevral tarixində - Gənclər Günündə elan edilib.
Müsabiqəyə daxil olmuş 50 layihənin ideyalarının obyektiv formada orijinal ifadəsi (elektron və kağız daşıyıcılarda) və layihələrin əqli nəticələrinin müəlliflik hüququ qorunmaq məqsədilə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilib. Layihələrin texniki və elmi ekspertizası işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər, həmçinin xarici ekspertlər də cəlb olunublar.
Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsi çərçivəsində 25 qalib layihə müəyyənləşdirilib, bu layihələrin yerinə yetirilməsi üçün 500 min manat məbləğində vəsait ayrılması qərara alınıb.
Qalib layihələrdən 20-si fundamental-tədbiqi xarakterlidir, 3-ü isə müasir cihaz
və avadanlıqlarla təminatı nəzərdə tutur. 2 layihə üzrə Azərbaycanda beynəlxalq
konfrans təşkil olunaraq keçiriləcək. “Fundamental və tətbiqi geologiya elmi: nailiyyətlər, perspektivlər, problemlər və onların həlli yolları” mövzusunda Gənc alim
və tələbələrin 5-ci beynəlxalq konfransı 14-15 noyabr tarixlərində Bakı şəhərində
Fizika-riyaziyyat və texnika elmləri üzrə 7 layihə, Yer haqqında elmlər üzrə 4
layihə, Kimya elmləri üzrə 4 layihə, Biologiya, tibb və aqrar elmləri üzrə 7 layihə,
Humanitar və ictimai elmlər üzrə 3 layihə qalib olub.
Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.
Bu münasibətlə Elmin İnkişafı Fondunun icraçı direksiyasında keçirilən tədbirdə
Yaponiyanın tanınmış şirkəti olan Tokyo Boeki Technology Ltd-nin prezidenti
Kazuei Uçidanın rəhbərliyi altında nümayəndə heyəti də iştirak edib. Tərəflər
arasında imzalanmış Əməkdaşlıq haqqında Memoranduma əsasən bu şirkət Elmin
İnkişafı Fondunun qrant layihələri üzrə ən müasir elektron mikroskopların və digər
avadanlıqların alınaraq AMEA-nın Fizika və Geologiya İnstitutlarında, həmçinin
Azərbaycan Tibb Universitetində quraşdırılmasında bilavasitə iştirak edib.