Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən xəbərə görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 12.00-dək Bərdə rayonunun bir hissəsinə təbii qazın verilişində fasilə yaranacaq.
Eyni zamanda saat 11.00-dan 13.00-dək Sabunçu və Yasamal rayonlarının bir hissəsinə, saat 12.00-dan 17:00-dək Lənkəran rayonunun bir hissəsinə, saat 14.00-dan 16.00-dək Nəsimi rayonunun bir hissəsinə, saat 16.00-dan 18.00-dək Ağdam rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.
Saat 18.00-dək Şabran rayonuna, Abşeron, Ucar, Qazax, Ağstafa, Astara, Xızı, Göyçay və Samux rayonlarının bir hissəsinə, işlər başa çatanadək isə Xətai rayonunun bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.