Vilayət Eyvazov onu vəzifəsindən  AZAD ETDİ
06 iyun 2022 21:08 (UTC +04:00)

Vilayət Eyvazov onu vəzifəsindən AZAD ETDİ

Daxili işlər orqanlarında yeni təyinat olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Gəncə şəhər Baş Polis idarəsinin 1-ci polis şöbəsinin rəisi polis polkovnik-leytenantı Knyaz Həsənov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə Knyaz Həsənov Ağcəbədi Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

# 11901
avatar

Oxşar yazılar