Vasif Talıbovun qardaşının ofisində YOXLAMALAR:  "Sürət Kargo"nun sahibi Lent.az-a danışdı
05 yanvar 2023 15:17 (UTC +04:00)

Vasif Talıbovun qardaşının ofisində YOXLAMALAR: "Sürət Kargo"nun sahibi Lent.az-a danışdı

Naxçıvanda fəaliyyət göstərən "Sürət Kargo" MMC-nin sahibi Orxan Əliyev Lent.az-ın yazdığı xəbərə reaksiya verib. 

Bununla bağlı saytımıza danışan O.Əliyev qeyd edib ki, "Sürət Kargo" MMC-ni 2017-ci ildə qurub: "Bu şirkətin Talıbovlar ailəsinə heç bir aidiyyəti yoxdur. Sadəcə şirkətimin yerləşdiyi bina Vasif Talıbovun qardaşı Məhərrəm Talıbova məxsusdur. İnsanlarda belə bir təsəvvür yaranır ki, şirkət Talıbovlar ailəsinindir. Naxçıvanda aparılan yoxlamaların mənim şirkətimlə heç bir əlaqəsi yoxdur". 

***

saat 13:58

Naxçıvanda "Sürət Kargo" MMC-nin yerləşdiyi ofisdə yoxlamalar başlayıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, yoxlamalar şirkətin Naxçıvan şəhəri Təbriz küçəsi, 1 ünvanındakı mərkəzi ofisində və anbarlarında aparılır.

Məlumata görə, adıgedən şirkət həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının daşınmasını həyata keçirir. "Sürət Kargo" MMC  Azərbaycan Respublikasında və Türkiyə Cumhuriyyətində qeydiyyatdan keçmiş və hər iki ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir.

Şirkət Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbova məxsus olduğu deyilir.  

Son anda aldığımız məlumata görə, "Sürət Kargo" MMC-nin Ordubaddakı və Bakıdakı ofislərində də yoxlamalar başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6888
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar