Uşaqlar arasında yeni yayılan virusun ƏLAMƏTLƏRİ
25 aprel 2022 17:19 (UTC +04:00)

Uşaqlar arasında yeni yayılan virusun ƏLAMƏTLƏRİ

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən, Avropa və ABŞ-da uşaqlarda yayılan mənşəyi məlum olmayan virus aşkarlanıb. Həmin virus Hepatit virusudur və indiyə qədər 11 ölkədə həmin virusa yoluxma halı aşkarlanıb.

Azərbaycada isə bu virus hələ aşkarlanmayıb. 

Bəs, hepatit virusunun əlamətləri nələrdir?

Bu haqda Lent.az-a pediatr Qoşqar İsmayılov açıqlama verib. O bildirir ki, bu virusun əsas əlaməti halsızlıq və tərləmədir:

"Hepatit virusu digər viruslardan klinikasına görə rahatlıqla fərqlənir. Əsas əlamətləri halsızlıq, tez-tez tərləmə, xüsusilə Hepatit A-da rəngin saralması, arıqlama, iştahsızlıq və bəzi hallarda subfebril hərarətin olmasıdır (37-38 temperatur). Bu əlamətlər müşahidə olunarsa mütləq şəkildə həkim-pediatra müraciət olunmalı və qanda hepatitin olub-olmaması yoxlanmalıdır. Əgər, hepatit aşkarlanarsa, ona uyğun müalicə aparılmalıdır". 

# 3267
avatar

Aytəkin Cəlali

Oxşar yazılar