Üç gün dayanmadan döyüşüb şəhid olan  Xüsusi Təyinatlı
16 sentyabr 2022 19:58 (UTC +04:00)

Üç gün dayanmadan döyüşüb şəhid olan Xüsusi Təyinatlı

Bu gün şəhid olan daha altı hərbçimizin adı açılandı. Onlardan biri də əsgər Qarazadə Nicat Malik oğludu…

Nicat 24 oktyabr 2002-ci ildə Yardımlı rayonun Zəngələ kəndində anadan olub. Onun cəmi 20 yaşı var idi...

Hə, hər kəs bir statusla tərk edir dünyanı. Bəziləri də şəhid olub gedir. Nicatın da şəhid olduğu bu gün bilinib…

Onun əmisi oğlu Hüseyn Qarazadə Lent.az-a şəhid haqqında danışıb:

"Uşaq idi də. Əsgərliyini bitirib XTQ-yə getmişdi. Bibim oğlunun qisasını alacam deyirdi. Neytralda qalıb, döyüş yoldaşları ilə 3 gün döyüşüb. Artilleriya atəşinə düşüb və Kəlbəcərdə şəhid olub.

Subay idi, öz aramızda ona Əlifağa deyərdik…" Onun sözlərinə görə, şəhidin cənazəsi hazırda evinə gətirilir.

Qeyd edək ki, şəhid Qarazadə Nicatın bibisi oğlu XTQ Səfərov Elimdar Səlimxan oğlu da 2016-cı il Aprel döyüşlərində şəhid olub. Elə Nicat da Elimdarın qisasını almaq istəyirmiş…

Şəhid Səfərov Elimdar Səlimxan oğlu

Şəhid Qarazadə Nicat Malik oğlu

 

Allah bütün şəhidlərə rəhmət eləsin...

# 8691
avatar

Aytəkin Cəlali

Oxşar yazılar