Tezliklə Bakı metrosunda yeni ödəniş sistemi TƏTBİQ OLUNACAQ
20 iyun 2023 12:20 (UTC +04:00)

Tezliklə Bakı metrosunda yeni ödəniş sistemi TƏTBİQ OLUNACAQ

Tezliklə metronun iki stansiyasında ödənişləri QR kod vasitəsilə etmək mümkün olacaq.

Lent.az xəbər verir ki, bu barədə bu gün "K Group" MMC-nin ("BakiKart"ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib.

“Digər metrostansiyalarında da texniki işləri (köhnə avadanlıqlar QR oxuyucularla əvəzləmək) yay boyunca yekunlaşdırmağı planlaşdırırıq. İstəyirik ki, qarşıdan gələn sentyabr, iş və təhsil dövrünə tam hazır olaq”, - deyə Orxan Bayramov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3099
avatar

Fidan İlqar

Oxşar yazılar