Təhsilimizin baməzə işləri - Milçəklə avtobusu toqquşdururuq
24 yanvar 2023 14:57 (UTC +04:00)

Təhsilimizin baməzə işləri - Milçəklə avtobusu toqquşdururuq

Biz el məsəllərimizdə “milçək könül bulandırar” demişdik, milçəyi böyüdüb fil eləmişdik, amma milçəyi yük maşını və avtobusla toqquşdurmamışdıq.

Bunu da  hər dəfə bir heyrətamiz insidentlə qarşımıza çıxan təhsil sistemimiz elədi.

Sosial şəbəkələrdə yayılan bir foto izləyicilərin təbəssümünə və polemikalara səbəb olub.
 
Sınaq imtahanları üçün hazırlanan test kitablarından birində verilən məntiq sualı milçəyin saatda neçə kilometr sürətlə uçmasını soruşmaqla qalmayıb,  Naxçıvandan üzü Bakıya uçan həmin milçəyi yük maşını və avtobusla da toqquşdurub. Verilən tapşırıqda bu “super” milçəyin qəribə olduğu da qeyd edilib. 

Qəribə olmağına qəribədir, amma qəribə olan milçək deyil, test imtahanına bu məsələnin daxil edilməsidir.
İmtahanda insan bütün diqqətini məsələnin həllinə yönəltməlidir. Bu məsələdə isə bütün diqqət həmin milçəyi xəyal eləməyə yönəlir ya da gülüşə səbəb olur. 


 

# 3276
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar