Sosial mediada zəlzələ panikası yaradanlar prokurorluğa çağırılacaq? – AÇIQLAMA
04 iyul 2023 16:10 (UTC +04:00)

Sosial mediada zəlzələ panikası yaradanlar prokurorluğa çağırılacaq? – AÇIQLAMA

İyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb.

Məlumata görə, zəlzələ Quba, Xaçmaz, Siyəzən, Sumqayıt və Bakı şəhərlərində, eləcə də Abşeron yarımadasının ətraf ərazilərində 5-4 bala qədər hiss olunub.

Maraqlısı isə odur ki,, zəlzələdən çox insanları sosial şəbəkələrdə yayılan yalan xəbərlər panikaya salıb. Belə ki, sosial şəbəkələrdə yalan zəlzələ tarixləri, videoları paylaşılıb. Hətta Türkiyədə baş verən zəlzələdəki görüntüləri paylaşaraq ölkəmizdə olduğu qeyd olunub. 

Bəs, insanları panikaya salan məlumatlar paylaşan şəxsləri hansı cəza gözləyir?

Məsələ ilə bağlı Lent.az-a danışan hüquqşünas Şamil Paşayev sosial şəbəkələrdə insanların panikasına səbəb olan informasiyaları yayan şəxslər prokurorluğa dəvət olunma ehtimalları olduğunu bildirib:

“Qanunun tələbinə görə, onlara xəbərdarlıq edilə və yenidən belə bir hal baş verərsə, inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilərlər. 

Eyni zamanda, yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə, fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir. 

İnzibati Xətalar Məcəlləsinə görə, insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar da yayılması qadağan edilən informasiya hesab edilir və yerləşdirilməsinə yol verməməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3126
avatar

Fidan İlqar

Oxşar yazılar