Məmmədəli Novruzov
15 oktyabr 2021 16:52 (UTC +04:00)

Məmmədəli Novruzov

Siyavuş Novruzovun professor qardaşı vəfat etdi

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru Məmmədəli Novruzov vəfat edib.

Universitetdən Lent.az-a verilən məlumata görə, 65 yaşında dünyasını dəyişən M.Novruzov 1971-1976-cı illərdə BDU-nun 1973-1978-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1985-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. Türkologiyanın ümumi nəzəri problemləri, qədim türk abidələri, müasir türk dillərinin fonetk, leksik və qrammatik quruluşu, türk əlifbaları sahələrində tədqiqat işi aparıb.

70-ə yaxın elmi, 500-ə yaxın elmi-kütləvi məqalənin, 4 monoqrafiya və 2 kitabın müəllifi olub.

Qeyd edək ki, Məmmədəli Novruzov deputat Siyavuş Novruzovun qardaşıdır.

 

# 3621
avatar

Oxşar yazılar