Şəkidə Zəfər Günü böyük təntənə ilə qeyd edildi
08 noyabr 2022 14:42 (UTC +04:00)

Şəkidə Zəfər Günü böyük təntənə ilə qeyd edildi

44 günlük Vətən Müharibəsində düşmən üzərində əldə olunmuş tarixi Qələbənin ikinci ildönümü münasibətilə Şəkidə silsilə tədbirlər keçirilib.

Noyabrın 8-də - Zəfər Günündə səhər saatlarında şəhər rəhbərliyi, Vətən müharibəsi iştirakçıları və qaziləri Şəhidlər Xiyabanını və İkinci Qarabağ müharibəsi şəhidlərinin dəfn olunduğu “Şəhid Məzarlığını” ziyarət ediblər, Vətənimizin müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş igid Vətən oğullarının xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir iştirakçıları Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısına gəlib, burada ucaldılmış Ulu öndərin abidəsini ziyarət ediblər, abidəsi önünə gül dəstələri qoyublar.

Heydər Əliyev Mərkəzinin qarşısında bayram konserti təşkil olunub. Şəhər rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin, Vətən müharibəsi iştirakçılarının, gənclərin, şəhər sakinlərinin iştirak etdiyi konsert paroqramında  əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra yerli incəsənət nümayəndələri, şəhərin musiqi məktəblərinin şagird və müəllimlərini maraqlı konsert proqramı təqdim ediblər.

Qeyd edək ki, Zəfər Günü münasibətilə konsert proqramları, həmçinin, Şəki Dövlət Dram Teatrının qarşısında və Bəxtiyar Vahabzadə adına mədəniyyət və istirahət parkında təşkil olunmuşdur.


# 2196
avatar

Oxşar yazılar

Zaqatalanın 6 kəndi qaz istəyir

Zaqatalanın 6 kəndi qaz istəyir

26 yanvar 2023 , 23:02
Yanvar ayının sosial təminat üzrə bütün ödənişləri başa çatdı

Yanvar ayının sosial təminat üzrə bütün ödənişləri başa çatdı

26 yanvar 2023 , 20:15
Qrip təhlükəli mərhələyə keçir - Həkimdən QORXULU PROQNOZ

Qrip təhlükəli mərhələyə keçir - Həkimdən QORXULU PROQNOZ

26 yanvar 2023 , 20:15
"Squşonnı"nın bahalaşmasına  RƏSMİ REAKSİYA

"Squşonnı"nın bahalaşmasına RƏSMİ REAKSİYA

26 yanvar 2023 , 17:45
Gənc qadınlar "Azercell"in dəstəyilə startap qurur

Gənc qadınlar "Azercell"in dəstəyilə startap qurur

26 yanvar 2023 , 17:29
Zaqatalada 2 gün əvvəl təmir olunan körpü dağıldı - FOTO

Zaqatalada 2 gün əvvəl təmir olunan körpü dağıldı - FOTO

26 yanvar 2023 , 17:10
Jurnalistlərin suyu kəsildi

Jurnalistlərin suyu kəsildi

26 yanvar 2023 , 14:59
Sabah hava  çiskinli olacaq   - PROQNOZ

Sabah hava çiskinli olacaq - PROQNOZ

26 yanvar 2023 , 12:35