Şəkidə qəsdən yanğın törədənlər tutuldu
03 sentyabr 2022 19:23 (UTC +04:00)

Şəkidə qəsdən yanğın törədənlər tutuldu

Şəki rayonunun Baş Zəyzid və Vərəzət kəndləri ərazisində ümumilikdə bir fərdi yaşayış evinin, həmin evin həyətində olan “VAZ-2106” markalı avtomobilin,eləcə də iki tövlənin yanması barədə Şəhər–Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, məlumat daxil olan kimi dərhal polis şöbəsinin və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerlərinə cəlb olunub, yanğının ətrafa yayılmasının qarşısı alınıb.Baş vermiş hadisə zamanı ev sahibləri olan 3 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, tövlələrdə olan ümumilikdə 7 baş iribuynuzlu mal-qara tələf olub, eləcə də 1400 ot bağlaması yanıb.

İlkin araşdırmalar zamanı yanğının qəsdən törədildiyi müəyyən edilib. Polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rahib Tağıyev saxlanılıb. O, ifadəsində əməlini etiraf edib.

Hazırda faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2169
avatar

Oxşar yazılar