Şəhid Elnur Məhərrəmov Göyçayda dəfn olundu
15 sentyabr 2022 17:43 (UTC +04:00)

Şəhid Elnur Məhərrəmov Göyçayda dəfn olundu

Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan ordusunun əsgəri, 2001-ci il təvəllüdlü Məhərrəmov Elnur Nərbala oğlunun cənazəsi bu gün doğulduğu Göyçay rayonunun Şəkər kəndinə gətirilib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə şəhid Elnur Məhərrəmovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Göyçay Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib.

Şəhid Elnur Məhərrəmov həmin kəndin qəbiristanlığında dəfn olunub, cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı şəhidin atası Nərbala Məhərrəmova təqdim olunub, havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, Azərbaycan Universitetinin tələbəsi olan Elnur Məhərrəmov könüllü olaraq 11 ay öncə ali təhsilini dayandıraraq hərbi xidmətə yola düşüb. O, əsgəri xidməti başa çatdıqdan sonra ordu sıralarında qalaraq hərbi qulluqçu kimi Vətənə xidməti davam etdirmək arzusunda idi.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

# 1083
avatar

Oxşar yazılar

Eşitmə məhdudiyyətli uşaqlar üçün xüsusi tədbir keçirildi®

Eşitmə məhdudiyyətli uşaqlar üçün xüsusi tədbir keçirildi®

5 dekabr 2022 , 13:54
Zirəddin Rzayev

Zirəddin İranla bağlı PROQNOZ VERDİ: "Hakimiyyət dəyişikliyi və ..."

5 dekabr 2022 , 13:25
Sabah  güclü qar yağacaq   - HAVA PROQNOZU

Sabah güclü qar yağacaq - HAVA PROQNOZU

5 dekabr 2022 , 13:10
Bu ərazilərdə 17 dərəcə şaxta olub -  FAKTİKİ HAVA

Bu ərazilərdə 17 dərəcə şaxta olub - FAKTİKİ HAVA

5 dekabr 2022 , 13:05
Yollar  buz BAĞLAYACAQ   - XƏBƏRDARLIQ

Yollar buz BAĞLAYACAQ - XƏBƏRDARLIQ

5 dekabr 2022 , 12:14
Füzuli Musayevin 60 illiyinə həsr olunmuş karate üzrə seminar KEÇİRİLİB - FOTO

Füzuli Musayevin 60 illiyinə həsr olunmuş karate üzrə seminar KEÇİRİLİB - FOTO

5 dekabr 2022 , 11:59
Bakıya qar yağacaq -  PROQNOZ

Bakıya qar yağacaq - PROQNOZ

5 dekabr 2022 , 11:33
Azərbaycanın bu bölgəsində  11 dərəcə şaxta olub

Azərbaycanın bu bölgəsində 11 dərəcə şaxta olub

5 dekabr 2022 , 10:08