"Sədərək" və "Binə"yə  yeni marşrutlar   açılır
30 avqust 2022 16:31 (UTC +04:00)

"Sədərək" və "Binə"yə yeni marşrutlar açılır

Bakıda daha 2 marşrut xətti istifadəyə veriləcək.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, hazırda 5-i mövcud, ikisi isə yeni təşkil olunmaqla, ümumilikdə 7 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunur.  

Daxil olan vətəndaş müraciətləri əsasında 104, 161, 163, 166, 189 saylı marşrut xətləri üzrə təhlillər aparılıb. Sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilmədiyindən müsabiqəyə çıxarılıb. 

Eyni zamanda vətəndaşların gedişlərinin sadələşdirilməsi və sərnişin təlabatı nəzərə alınaraq metronun “Xalqlar Dostluğu” stansiyasını "Binə" ticarət mərkəzi ilə əlaqələndirən E1 və "Sədərək" ticarət mərkəzi ilə əlaqələndirən E2 saylı yeni sürətli rejimdə  marşrutlar yaradılaraq istismara verilməsi də qərara alınıb. 

Müsabiqə Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir. Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər.

# 2256
avatar

Oxşar yazılar

Sahibkarlarla növbəti görüş Zaqatala rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Zaqatala rayonunda keçiriləcək

4 dekabr 2022 , 17:10
Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

4 dekabr 2022 , 16:42
Sabah hava belə olacaq - PROQNOZ

Sabah hava belə olacaq - PROQNOZ

4 dekabr 2022 , 12:37
Baş Dövlət Yol Polisi İdarəsi

Sürücülərə XƏBƏRDARLIQ

4 dekabr 2022 , 11:40
Bu rayonlara qar yağdı-FOTO

Bu rayonlara qar yağdı-FOTO

4 dekabr 2022 , 10:45
Nazirlik Xocalıda:  araşdırmalar BAŞLAYIR - VİDEO  - YENİLƏNİB

Nazirlik Xocalıda: araşdırmalar BAŞLAYIR - VİDEO - YENİLƏNİB

3 dekabr 2022 , 19:18
“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

3 dekabr 2022 , 16:25
Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

3 dekabr 2022 , 15:16