"Sağlamlıq arayışının rüsumu kasıb ailə üçün bir kisə un deməkdir" - DEPUTAT
25 yanvar 2023 12:52 (UTC +04:00)

"Sağlamlıq arayışının rüsumu kasıb ailə üçün bir kisə un deməkdir" - DEPUTAT

“Bu gün biz həqiqətən ölkədə həyata keçirilən səhiyyə islahatlarını görürük”.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

O bildirib ki, yaxşı olardı ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi Nazirlər Kabinetinə hesabat verdiyi kimi Milli Məclisin Səhiyyə komitəsinə də hesabat versin: “Belə olan halda biz prioritetləri seçə bilək. Onsuz da hesabat hazırlayırlar, həmin hesabatın surəti bizim komitəyə göndərilsin”.

Məlahət İbrahimqızı qeyd edib ki, 2022-ci ildə 2021-ci ilə nəzərən dializə gedən xəstələrin sayı 13 % artıb: “Araşdırılmalıdır ki, bu, niyə belə olub. Digər tərəfdən, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı uğurlu addımlar atılır. Bu gün tibb işçiləri də, seçicilər də zərfə daxil olmayan pullu xidmətlərlə bağlı şikayətlər edirlər. Məsələn, sağlamlıq arayışının rüsumu 41 manatdır. Bu, kasıb ailə üçün bir kisə un deməkdir. Tarif Şurasında həkim olub-olmadığnı bilmirəm. Amma bu məsələyə komitədə baxaq. Eyni zamanda təklif edirəm ki, komitədə psixoloji xidmətlə bağlı dinləmə keçirək”.

# 1647
avatar

Oxşar yazılar

Bakıda 1239 qəzalı bina sökülüb

Bakıda 1239 qəzalı bina sökülüb

1 aprel 2023 , 18:08
Sabah intensiv qar yağacaq, şaxta olacaq - PROQNOZ

Sabah intensiv qar yağacaq, şaxta olacaq - PROQNOZ

1 aprel 2023 , 13:13
Bu rayona 22 sm qar yağıb - FAKTİKİ HAVA

Bu rayona 22 sm qar yağıb - FAKTİKİ HAVA

1 aprel 2023 , 10:57
Qaxa 7 sm qar yağıb

Qaxa 7 sm qar yağıb

1 aprel 2023 , 09:35
Bakı havasında dəm qazının miqdarı normadan 1,6 dəfə   çox olub

Bakı havasında dəm qazının miqdarı normadan 1,6 dəfə çox olub

1 aprel 2023 , 01:55
“Səyyar qəbul otağı” həftənin son iş günü Zaqatalada quruldu -FOTO

“Səyyar qəbul otağı” həftənin son iş günü Zaqatalada quruldu -FOTO

31 mart 2023 , 21:07
Sabahın  havası ilə bağlı   XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

31 mart 2023 , 19:53
Bu rayonlara  qar yağıb   - FAKTİKİ HAVA - VİDEO

Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA - VİDEO

31 mart 2023 , 19:39