Sabahın hava PROQNOZU
05 dekabr 2020 12:30 (UTC +04:00)

Sabahın hava PROQNOZU

Dekabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən  yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər zəif duman olacaq. 

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9, Bakıda gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  gecə 70-80, gündüz 50-55 faiz olacaq.  

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 2-6,  gündüz 6-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz  0-5 dərəcə  şaxta olacaq.  

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 6-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1217
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar