Sabah 33 dərəcə isti olacaq -  HAVA PROQNOZU
16 sentyabr 2022 12:22 (UTC +04:00)

Sabah 33 dərəcə isti olacaq - HAVA PROQNOZU

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-29° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Lakin gündüz yüksək dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

# 2571
avatar

Oxşar yazılar