Sabah 28 dərəcə isti olacaq  - HAVA PROQNOZU
13 may 2022 12:34 (UTC +04:00)

Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU

Mayın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 20-24° isti, Bakıda gecə 11-13° isti, gündüz 21-23° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında

 Əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 23-28° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 14-də Abşeron yarımadasında komfort temperatur rejimi meteohəssas insanlar üçün əlverişli olsa da, arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.

 

 

# 1926
avatar

Oxşar yazılar