Ramiz Mehdiyev
14 fevral 2022 19:14 (UTC +04:00)

Ramiz Mehdiyev

Ramiz Mehdiyev istefasının səbəbini açıqladı - RƏSMİ -YENİLƏNİB

Bu gün, fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib.

AMEA Rəyasət Heyətinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, iclasda qrumun prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə açan akademik Ramiz Mehdiyev son günlər Akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmadan yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib: “Akademiya böyük yol keçib və daim dövlətin yanında olmalıdır. Alimlərimizin fəaliyyəti də bu yöndə olmalı, bütün işlər dövlət siyasətinə uyğun qurulmalıdır”.

Akademiya prezidenti istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib. Akademik Ramiz Mehdiyev iki il dörd ay ərzində birlikdə çalışdığı Rəyasət Heyəti üzvlərinə təşəkkür edib, pandemiya səbəbindən elmimiz adına bəzi uğurlu layihələrin həyata keçirilə bilməməsindən təəssüfünü çatdırıb.

 

***

17:48

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib. 

Lent.az xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.  

Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib və kollektivlə vidalaşıb. 

Sabiq deputat Elton Məmmədov Lent.az-a R.Mehdiyevin istefa verməsini təsdiqləyib.

***

saat 17:30

Bu dəqiqələrdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin təcili toplantısı keçirilir.

Lent.az xəbər verir ki, AMEA prezidenti Ramiz Mehdiyevin göstərişi ilə çağırılan iclas qapalı keçirilir. İclasda hansı məsələlərin müzakirə edildiyi isə hələ məlum deyil.

Bu barədə ətraflı məlumat veriləcək.

# 27561
avatar

Fidan İlqar

Oxşar yazılar