Qusar xəstəxanası pasiyentlərə vaxtı keçmiş dərman  verir? - İDDİA - YENİLƏNİB
18 mart 2025 15:57 (UTC +04:00)

Qusar xəstəxanası pasiyentlərə vaxtı keçmiş dərman verir? - İDDİA - YENİLƏNİB

Qusarda xəstəxanada pasiyentlərə vaxtı keçmiş dərmanların verilməsi barədə yayılan məlumatlar araşdırılır.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə prokuroqrluqda araşdırma gedir.

Bununla bağlı yayılan “WhatsApp” yazışmaları da araşdırma predmetidir.

Qeyd edək ki, bir müddət əvvəl "Qusar Rayon Mərkəzi Xəstəxanası" PHŞ tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin xəstəxanada müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda PHŞ barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə publik hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda PHŞ-nin direktoru Kamil Hacıyev barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimələnib.

APA-nın əldə etdiyi məlumata görə, cərimə edilmə faktı da aparılan araşdırma çərçivəsində baş verib.

***
15:28

Qusar rayon Mərkəzi Xəstəxanasında xəstələrə vaxtı keçmiş dərmanlar verilir.

Lent.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə iddialar yayılıb.

Məlumata görə, xəstəxananın aptek bölməsinin əməkdaşı vaxtı keçmiş dərmanların pasiyentlərə paylanmasına dair tapşırıq verib.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, iddialarla bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar