Qlobal istiləşmə nəticəsində ölənlərin sayı  AÇIQLANDI
02 iyun 2021 18:36 (UTC +04:00)

Qlobal istiləşmə nəticəsində ölənlərin sayı AÇIQLANDI

1991-2018-ci illər arasında istiliklə əlaqəli ölümlərin üçdə birindən çoxu qlobal hava istiliyinin artması səbəbindən baş verib.
 
Lent.az-ın xarici mediaya istinadla verdiyixəbərə görə, ABŞ, İngiltərə və İsveçrə alimlərinin hazırladığı bir modelə görə antropogen iqlim dəyişikliyi olmayan dünyada daha az insan ölüb.
 
Mütəxəssislər, 43 ölkənin 732 yaşayış məntəqəsində yaşayan insanların ölümü ilə bağlı məlumatları təhlil ediblər.
 
Tədqiqatçılar əvvəlcə sağlamlıqla əlaqəli ölümlərin ümumi sayını və bu parametrdəki əlaqəli dalğalanmaları isti mövsümdə orta gündəlik temperaturla hesablayılar. Ümumilikdə, təhlillər 1991-2015-ci illərdə baş verən təxminən 30 milyon ölümü əhatə edib. Ölkələr, iqlim baxımından çox fərqlənib: ən isti fəslin orta temperaturu 15 ilə 25 dərəcə Selsi arasında dəyişib.

Tədqiqatın ikinci mərhələsində elm adamları iki ssenari üçün istilik səbəbiylə ölümün yükünü hesablayıblar.  Birincisi, dünyadakı həqiqi iqlim vəziyyəti ilə xarakterizə olunur, ikincisi isə insan təsiri olmadan iqlim modelinə əsaslanır.

Sorğunun keçirildiyi bütün ölkələrdə isti aylarda istidən qaynaqlanan bütün ölümlərin 20,5-76,3 faizi (orta hesabla 37 faiz) qlobal istiləşmə hesabına aid edilə bilər

Cənubi Avropa, Mərkəzi və Cənubi Amerika və Cənub-Şərqi Asiya kimi bəzi bölgələrdə istilərdən ölmə riski xüsusilə yüksəkdir və ölümlər ildə bir neçə yüz hadisəyə çatır. Ekvador və Kolumbiyada istiliklə əlaqəli ölümlərin dörddə üçünə qədər hissəsi antropogen tullantıların qlobal istiləşməsindən qaynaqlanır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2347

Oxşar yazılar

Uşaqları  sevməyən   BÜRCLƏR

Uşaqları sevməyən BÜRCLƏR

2 aprel 2025 , 18:41
Sabahın tibbi-meteoroloji  PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 aprel 2025 , 16:39
 Sulu qar, yağış, dolu   - Sabahın  HAVASI

Sulu qar, yağış, dolu - Sabahın HAVASI

2 aprel 2025 , 13:10
Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

2 aprel 2025 , 09:21
Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

2 aprel 2025 , 09:14
Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu  olacaq

Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu olacaq

2 aprel 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

2 aprel 2025 , 08:15
Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37