Qəbul imtahanlarında 28 mindən çox abituriyent iştirak edəcək
04 iyun 2023 07:21 (UTC +04:00)

Qəbul imtahanlarında 28 mindən çox abituriyent iştirak edəcək

İyunun 4-də I ixtisas qrupu üzrə keçiriləcək imtahanda 28 min 864 abituriyentin iştirakı nəzərdə tutulur.

Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahanlarda fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Qazax, Cəlilabad və Xaçmazda təşkil olunur.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 180 imtahan binası, 3241 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 180 ümumi imtahan rəhbəri, 536 imtahan rəhbəri, 4054 nəzarətçi–müəllim, 555 buraxılış rejimi əməkdaşı, 180 bina nümayəndəsi cəlb edilib.

# 1614
avatar

Oxşar yazılar

 Leysan, dolu, sulu qar   - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

3 may 2024 , 12:27
Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

3 may 2024 , 11:16
İçərişəhərə GİRİŞ BAĞLANIR

İçərişəhərə GİRİŞ BAĞLANIR

3 may 2024 , 11:05
Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

Sertifikasiya imtahanlarının VAXTI AÇIQLANDI

3 may 2024 , 10:55
Bakıda taksi qiymətləri bahalaşıb? – ARAŞDIRMA

Bakıda taksi qiymətləri bahalaşıb? – ARAŞDIRMA

3 may 2024 , 10:52
Bakının bu rayonlarında QAZ KƏSİLƏCƏK

Bakının bu rayonlarında QAZ KƏSİLƏCƏK

3 may 2024 , 09:31
Bakıda sıxlıq azalacaq - yeni yol çəkilir

Bakıda sıxlıq azalacaq - yeni yol çəkilir

2 may 2024 , 17:36
Külək daha da  güclənəcək,   intensiv  yağış yağacaq   - XƏBƏRDARLIQ

Külək daha da güclənəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

2 may 2024 , 16:27