Pensiya alan vəfat edərsə, təqaüdün neçə misli ailəyə verilir? – CAVAB
17 fevral 2025 11:57 (UTC +04:00)

Pensiya alan vəfat edərsə, təqaüdün neçə misli ailəyə verilir? – CAVAB

Lent.az-ın “bir sual, bir cavab” rubrikasında növbəti mövzu (əvvəlki mövzu) pensiya alan vəfat edərsə, təqaüdün neçə misli ailəyə verilməsi ilə bağlıdır.

Əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləğini və dəfn üçün müavinəti kimlər ala bilər və bu müavinət nə qədərdir?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyasının məbləği onun notarial qaydada təsdiq olunmuş varisinə ödənilir. Bu Qanunun 42.2-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Bu Qanunun 42.3-cü maddəsinə əsasən, əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə dəfn üçün müavinət həmin şəxslərə ödənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 49562

Oxşar yazılar