Paytaxtın bu yolları 5 gün BAĞLI OLACAQ
29 dekabr 2022 10:08 (UTC +04:00)

Paytaxtın bu yolları 5 gün BAĞLI OLACAQ

Təmir işləri ilə əlaqədar yol ötürücüsü üzərində hərəkət məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində (yalnız yolötürücüsü üzərində ) nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq.

Sözügedən yol ötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri iş günlərində, dekabr ayının 30-dan 31-nə keçən gecədən etibarən 2023-cü il yanvar ayının 4-ü axşam saatlarınadək tətbiq ediləcək.

Qeyd olunan müddət ərzində sürücülər 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində yan yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

# 2340
avatar

Fidan İlqar

Oxşar yazılar