"Patı"dan istifadə edən yeniyetmələri necə tanımaq olar? - Valideynlərin  DİQQƏTİNƏ
14 iyul 2021 15:33 (UTC +04:00)

"Patı"dan istifadə edən yeniyetmələri necə tanımaq olar? - Valideynlərin DİQQƏTİNƏ

"Narkotikdən istifadəyə təzə başladıqda xarici görünüş cəhətdən heç bir fərqlilik olmur".

Lent.az məlumat verir ki, bu sözləri Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib. O bildirib ki, yeniyetməlik dövründə həzz almaq üçün narkotik qəbul edənlər ilk vaxtlarda valideynlərdən gizlətmək üçün onların gözünə görünməməyə çalışırlar:

"Evə daxil olandan sonra otaqlarına çəkilirlər və s. İstifadəyə ilk başlayan şəxslərdə qusma, ürəkbulanma baş verir. Valideynlər isə bunu soyuqdəymə ilə qarışdıra bilərlər.

Bundan başqa, sözügedən şəxslər spontan olaraq hadisələrə əsəbləşirlər, söhbətlərdən qaçırlar, tez-tez əsəbiləşirlər və s.".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6498
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar