Avqust ayında 16 nəfəri ilan sancıb.
Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, mərkəzə müraciət edən 703 nəfərdən 16-nı ilan, 1-ni isə həşərat sancıb. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib. Onlardan 6-sı kişi, 1-i qadın olub. Ölüm halının 6-sı sirkə turşusundan, 1-i isə dərman zəhərlənməsindən baş verib.
Həmçinin onlardan 16 nəfəri ilan, 1-ni isə həşərat sancıb.