Naxçıvan şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.
Lent.az xəbər verir ki, bununla bağlı Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev əmr imzalayıb.
Əmrə əsasən, Məmmədov İmran Qərib oğlu Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.
Məmmədov İmran Qərib oğlu martın 12-də Naxçıvan şəhər İcra Hakimiyyəti başçısı aparatının kollektivinə təqdim olunub və yeni vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Məmmədov İmran Qərib oğlu yeni vəzifəyə təyin olunmazdan öncə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılmış İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində departament müdiri vəzifəsində çalışıb.