Goranboyda  yanacaqdoldurma məntəqəsi   yandı
12 mart 2025 23:32 (UTC +04:00)

Goranboyda yanacaqdoldurma məntəqəsi yandı

Goranboyda yanğın hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Goran qəsəbəsində baş verib.

Qəsəbə ərazisində yerləşən Nərimanlı kənd sakini 65 tyaşlı  C.Cəfərova məxsus Nukoil Yanacaq Doldurma Məntəqəsində təmir işləri aparan zaman anidən  yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, yanacaqdoldurma məntəqəsi yanğınsöndürənlər tərəfindən mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396

Oxşar yazılar