MİDA-nın bütün mənzilləri seçildi
24 sentyabr 2022 15:45 (UTC +04:00)

MİDA-nın bütün mənzilləri seçildi

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) növbəti mənzil satışı başlayıb.

Lent.az xəbər verir ki, prosesə bu gün saat 15:00-dan etibarən start verilib. Ümumilikdə 815 mənzil satışa çıxarılıb.

MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı brifinqdə bildirib ki, artıq bütün mənzillər seçilib.

Məlumata görə isə artıq 31-ci saniyədə ilk mənzil seçilib.

Qeyd edək ki, sentyabrın 15-də baş tutmalı olan mənzil satışı xarici ölkələrdən kiberhücumlar nəticəsində təxirə salınmışdı. Hazırki satış mərhələsi isə oktyabrın 1-i saat 15:00-dək davam edəcək.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

# 3708
avatar

Oxşar yazılar