Məktəb yaşı 5 olacaq? - Ekspert və psixoloqdan AÇIQLAMA
04 oktyabr 2021 17:08 (UTC +04:00)

Məktəb yaşı 5 olacaq? - Ekspert və psixoloqdan AÇIQLAMA

Bir neçə gündür yerli mediada, eləcə də sosial şəbəkələrdə erkən məktəbə başlama yaşı ilə bağlı müzakirələr aparılır.

Buna səbəb "Təhsildə yeni çağırışlar" II Beynəlxalq Forumunda çıxış edən təhsil naziri Emin Əmrullayevin açıqlamasıdır. Nazir bildirib ki, erkən uşaq inkişafı və məktəbə tez başlama vacib məsələdir:

"Zənnimcə, 6 yaş gecdir. Sosial-iqtisadi və yaxud məkan baxımından olan məqamları kənara qoyaraq məktəb yaşının 5-ə qədər azaldılmasına çalışmalıyıq”.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində məktəbə cəlb edilmə yaşı 5-dən başlayır:

“Azərbaycanda 2016-cı ildən etibarən orta təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına uşaqlar 5 yaşdan etibarən ödənişsiz olaraq cəlb edilirlər. Artıq ölkə məktəbləri üçün 5 yaşlıların cəlb edilməsi ənənə halını alıb. Bu il 90 minə yaxın şəxs məktəbəhazırlıq qruplarına getməyə başlayıb”.

Ekspert qeyd edib ki, təhsil nazirinin I sinfə qəbul yaşı ilə bağlı dediyi fikirlər normaldır:

“Sovet dönəmində məktəb yaşı 7 idi, müstəqillikdən sonra 6 oldu. Fikrimcə, hazırda şagirdlərin fiziki vəziyyəti imkan verir ki, I sinfə qəbul yaşı 5 olsun. Bu baş verərsə, orta ümumtəhsil müəssisələrinin tədris yükü də azalacaq.

Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na görə, məktəblərdə 12 illik tədrisə keçilməlidir. Bunun üçün ya bir pillə artırılmalı, ya da məktəb yaşı 5 olmalıdır. Hazırda məktəbəhazırlıq qrupları olsa da, tədrisin bir pilləsi hesab olunmur. Buna görə də təhsil müddəti 11 il sayılır”.

Təhsil ekspertinin sözlərinə görə, məktəblərdə I sinfə qəbul üçün uşaqların 5 yaşdan cəlb edilməsinə 2023-cü ildən başlanıla bilər.

Psixoloq Aynur Ələsgərova isə Lent.az-a açıqlamasında bildirib ki, müasir həyatda öyrənmə mühiti təkcə məktəbdən başlamır və məktəblə yekunlaşmır:

“Şagird məktəbə gələnə qədər artıq onda həyatla bağlı anlayışlar mövcud olur. Məktəbə başlama yaşının tez olması narahatverici olmamalıdır.

Hazırda məktəbəhazırlıq qruplarında şagirdlərin qəbulu 5 yaşdan başlayır. Bu qruplara gələn şagirdləri, birinci sinifdə təhsil alanları və eyni zamanda kiçik yaşlı uşaqları müşahidə etdikdə görmək olur ki, onlarda yeni bacarığa sahib olma potensialı, yeni tanışlıq qurma keyfiyyətləri, ünsiyyət yarada bilmə, qrupla bərabər fəaliyyət göstərmək kimi xüsusiyyətlər asanlıqla icra olunur. Bu baxımdan "5 yaşda təhsil ala bilərlərmi" kimi nigaranlıqlar əhəmiyyətini itirmiş sayılır”.

A.Ələsgərovanın sözlərinə görə, sürətli inkişaf (akselerasiya) prosesini nəzərə alaraq şagirdlərin yeni biliklərlə tanış olmasının 5 yaşdan başlamasını erkən hesab etmək doğru sayılmaz:

“Zaman irəliləyir, insan keyfiyyətləri də zamanın sürətinə uyğun təşkil olunmalıdır. Təlim prosesinin keyfiyyəti və davamlılığı ilə valideynləri narahat edən problemləri aradan qaldırmaq mümkündür. Dərs yükü, materialın çətinliyi sistemli şəkildə yanaşılarsa, şagird üçün asan hala gətirilə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5354

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04