Mehriban Əliyevadan Ramazan bayramı  TƏBRİKİ
02 may 2022 09:11 (UTC +04:00)

Mehriban Əliyevadan Ramazan bayramı TƏBRİKİ

Birinci Vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

Lent.az xəbər verir ki, təbrikdə deyilir:

“Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində edilən bütün duaların, diləklərin və saf niyyətlərin qəbul olunmasını arzulayıram. Uca Tanrı hər kəsə möhkəm cansağlığı və səadət, Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin!”

# 1422
avatar

Oxşar yazılar