Mart ayının qeyri-iş günləri açıqlanıb.
Lent.az xəbər verir ki, bu ilin mart ayındakı bayramlarla əlaqədar qeyri-iş günü olacaq.
Martın 8-i Beynəlxalq qadınlar günü qeyri-iş günü hesab ediləcək.
2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Bu il martın 20-i bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri də şənbə və bazar gününə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 8 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.
Beləliklə, mart ayında ümumilikdə 14 gün qeyri-iş günü olacaq.