Magistratura üçün  sınaq imtahanının   nəticələri AÇIQLANDI
30 yanvar 2023 18:28 (UTC +04:00)

Magistratura üçün sınaq imtahanının nəticələri AÇIQLANDI

Magistraturaya qəbul olmaq istəyənlər üçün keçirilmiş sınaq imtahanının nəticələri elan edilib.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən xəbərə görə, yanvarın 29-da keçirilən sınaq imtahanının nəticələrini bu gün saat 17:00-dan etibarən elan edib.

Hər bir iştirakçı mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 566 nəfərdən 28 nəfər imtahana gəlməyib.

# 2370
avatar

Arzu Qurbanlı

Oxşar yazılar