Koronavirusun qaraciyərə  ZƏRƏRLƏRİ:   Peyvənd olarmı?
20 sentyabr 2021 12:12 (UTC +04:00)

Koronavirusun qaraciyərə ZƏRƏRLƏRİ: Peyvənd olarmı?

"COVID-19 xəstəliyi ilk növbədə ağciyərlərdə iltihab və mikrosirkulyasiyanın pozulmasını yaradır".

Lent.az məlumat verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzinin hepatoloqu Gülnarə Ağayeva məlumat verib. O bildirib ki, lakin xəstələrin başqa orqanlarında da ciddi dəyişikliklər yarana bilər:

"Bunların arasında qaraciyərdəki zədələnmələri qeyd etmək istərdim. Biokimyəvi testlərdə yüksəlmə və qaraciyər funksiyasının pozulması sağlam insanlarda halsızlıq, iştahın itməsi, ümumi zəiflik yarada bilər. Qaraciyər xəstəlikləri olan insanlarda isə bu dəyişikliklər daha ciddi fəsadlara gətirib çıxara bilər. Belə ki, sirrozlu xəstələrdə qaraciyər ensefalopatiyası, assit, qida borusunun varikoz genişlənmiş damarlarından qanaxma kimi təhlükəli vəziyətlərlə tamamlana bilər". 

G.Ağayeva əlavə edib ki, remissiya mərhələsində olan hər bir qaraciyər xəstəsinə (hətta, sirrozlu xəstələrə) COVID-19 əleyhinə peyvənd vurula bilər.

# 2004
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar